ABŞın dövlət borcu 21,5 trilyon dolları ötüb


Dünya 02 Okt 2018 07:46:00 210 0

ABŞın dövlət borcu 21,5 trilyon dolları ötüb

ABŞ-ın dövlət borcu sentyabrın 30-u başa çatan 2018 maliyyə ili ərzində 1,2 trilyon dollar artıb.

Son.az Trend-ə istinadən bildirir ki, ABŞ-ın dövlət borcu 21,5 trilyon dolları ötüb.

Məlumata əsasən, 2017 maliyyə ilinin sonuncu günündə ABŞ-ın dövlət borcu 20,245 trilyon dollar təşkil edirdi, 2018-ci il sentyabrın 28-si isə bu rəqəm tarixdə ilk dəfə 21,516 trilyon dollara çatıb.