Sitrus meyvələrini bolbol yemək üçün üç həftə vaxtımız var


Digərləri 02 Okt 2018 07:11:00 264 0

Sitrus meyvələrini bolbol yemək üçün üç həftə vaxtımız var

"Hər fəsil kimi yaz aylarının da özünəməxsus qidalanma tərzi olmalıdır. Yeni mövsümdə qidalanmanı orqanizmdə baş verən dəyişikliklərə uyğun şəkildə kökləmək vacibdir. Yaz fəslinin başlaması ilə orqanizmdə hormonol istiqamətdə dəyişiklik olur. Bu baxımdan pozulan balansı qidalanma ilə tənzimləmək lazımdır. Çünki təbiətdə olduğu kimi, orqanizmdə də oyanış olur.

Son.az "Report"a istinadən bildirir ki, bir sıra proseslər gedir, metobolizma sürətlənir. Bu dövrdə tərəvəz, göyərtilər vasitəsilə orqanizmə bol-bol vitaminlər ötürməli, bişmiş və çiy tərəvəzlər, meyvə salatlarından istifadə etməliyik".

Bunu həkim-dietoloq Leyla Zülfüqarlı bildirib.

Sitrus meyvələrindən mayın ilk ongünlüyünə kimi istifadə etmək məsləhətdir

Mütəxəssis deyib ki, mayın ilk ongünlüyündən sonra sitrus meyvələrinin mövsümü başa çatacaq: "Həmin mərhələyə kimi beta-karotin ehtiyacını ödəmək üçün bu cür meyvələrdən bol-bol istifadə etmək məsləhətdir. Demək olar üç həftədən sonra sitrus meyvələri ilə sağollaşmalı olacağıq. Yay mövsümündə bu meyvələrdən az istifadə edəcəyimiz üçün beta-karotin yaranması üçün hazırkı mərhələdə bol-bol istifadə etmək olar. Apelsin, portağal, ananas, kivi və bananı da bu katoqoriyaya aid etmək olar. Giləmeyvələrə keçməmiş bunlardan istifadə oluna bilər. Xaççiçəklilər fəsiləsinə aid olan bütün kələmləri qəbul etməliyik. Brokoli, gül kələm, kahı və digərlərinin aid olduğu bu kateqoriyada ağ kələm daha arxa siyahıya keçir".

Süd məhsulları yenə gündəmdədir

L.Zülfüqarlı vurğulayıb ki, süd məhsulları hər zaman olduğu kimi yaz fəslində də çox aktualdır: "Qatıq, kefir, pendirin yer aldığı siyahıda daha sonra süddən istifadə yer alır. Ət məhsulları arasında balıq üstünlük təşkil etməlidir. Birinci yerdə balıq, toyuq və daha sonra mal ətidir. Yaz aylarında su içməyi də unutmuruq. Suya olan tələbatımız havanın temperaturu ilə deyil, fiziologiyamızla bağlıdır. Sadəcə isti havada su çox itirildiyindən daha çox maye içmək mümkündür. Məsələn, 60 kq çəkisi olan biri qışda 1 litr 800 milliqram su içirsə, yayda rahat 2,5 litri içə bilər".