Məcburi köçkünlərə növbəti güzəşt: Qanunlara


Digərləri 02 Okt 2018 07:15:00 284 0

Məcburi köçkünlərə növbəti güzəşt: Qanunlara

Oktyabrın 1-də Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin iclası keçirilib.

Son.az oxu.az-a istinadən bildirir ki, komitə sədri Eldar İbrahimov iclasın gündəliyini təqdim edib.

Əvvəlcə "Tütün və tütün məmulatı haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə olunub. Bildirilib ki, sənəddə edilməsi nəzərdə tutulan dəyişikliklər "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli Qanununa uyğunlaşdırmaq məqsədi daşıyır.

İclasda, həmçinin "Fitosanitar nəzarəti haqqında" Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi birinci oxunuşda nəzərdən keçirilib. Dəyişikliyə əsasən Qanuna 34.5-ci maddə əlavə edilir. Maddədə deyilir:

"Bu Qanun tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tətbiq edilən cərimələrdən (o cümlədən onun tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilən inzibati xətalar haqqında işlər üzrə tətbiq edilən cərimələrdən) toplanan vəsaitin 50 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına köçürülür. Bu vəsaitlərin bölgüsü və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir".