Çörək almaq üçün evdən çıxmış Bakı sakini yoxa çıxıb... VİDEO


Digərləri 01 Okt 2018 23:42:00 220 0

Çörək almaq üçün evdən çıxmış Bakı sakini yoxa çıxıb...  VİDEO

Paytaxtın Səbail rayonu 20-ci sahə, Elçin Əzizov küçəsi, ev 1A ünvanında yaşayan 33 yaşlı Vüsal Osmanov iyulun 8-də çörək almaq üçün evdən çıxıb və bir daha geri qayıtmayıb.

Son.az bildirir ki, yaxınlarının sözlərinə görə, Vüsalın heç kəslə problemi və mübahisəsi olmayıb. Heç kəsə də borcu yoxdur. Hara gedə biləcyi ilə bağlı heç bir ehtimal olmamaqla yanaşı, bu günədək qohumları ilə birgə aparılan axtarışlar da nəticə verməyib.

İndi ailəsi Vüsal Osmanovun yolunu gözləyir.