Azərbaycan nefti bahalaşıb


Digərləri 01 Okt 2018 23:33:00 202 0

Azərbaycan nefti bahalaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 28-də 84,78 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə axşamı gününə olan göstəricidən 1,8 dollar/barel çoxdur.

Son.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 28-də 83,95 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,78 dollar/barel çoxdur.