Alimlər ahıl insanların qoxusuna qarşı ətriyyat yaradıblar


Digərləri 01 Okt 2018 23:24:00 290 0

Alimlər ahıl insanların qoxusuna qarşı ətriyyat yaradıblar

Alimlər müəyyən ediblər ki, ahıl insanlar üçün səciyyəvi olan qoxu artıq 30 yaşdan sonra yaranmağa başlayır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, İspaniyanın Ali Elmi Tədqiqatlar Şurasından alınmış məlumata görə, orqanizmin qocalması ilə əlaqədar hormonal dəyişikliklər və dəridəki lipidlərin çoxalması nəticəsində lipid təbəqəsinə xas olan piy turşuları təbii yolla oksidləşdikdə əmələ gələn molekulların sayı artır.

Ali Elmi Tədqiqatlar Şurasının üzvü olan bir kimyaçının başçılıq etdiyi "Prima-Derm" qrupu ahıl adamlara xas olan qoxunu "deaktivasiya edən" ətir yaradıb. Bu ətirin tərkibindəki xüsusi maddələr 2-nonenal molekulunun ətrafında xüsusi kapsul yaradır.