Madriddə sürücülər üçün yeni qaydalar tətbiq edilir


Digərləri 01 Okt 2018 23:05:00 278 0

Madriddə sürücülər üçün yeni qaydalar tətbiq edilir

Madriddə havanın çirkləndirilmə dərəcəsinin yüksək olması barədə protokolun tətbiq edilməsi ilə əlaqədar, ekoloji nəzarətdən keçməyi təsdiq edən nişanı olmayan avtomobillərin paytaxtda hərəkətinə icazə verilməyəcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Madrid meriyası havada çirkli maddələrin miqdarı normadan yüksək olduqda görülməli tədbirlər barədə qaydalara dəyişiklikləri qəbul edib. Bu dəyişikliklər oktyabrın 8-dən qüvvəyə minəcək.

Yeni qaydalara əsasən, nömrə nişanlarının cüt və tək rəqəm olmasından istifadə edilməsi praktikası və ekoloji nişanlar sisteminə keçid ləğv edilir. Beləliklə, atmosfer havasında azot oksidinin miqdarı yüksək olduğu günlərdə 2000-ci ilə qədər buraxılmış, mühərriki benzinlə işləyən və 20006-cı ilə qədər buraxılmış, mühərrikli dizel yanacağı ilə işləyən köhnə avtomobillərin paytaxtda hərəkətinə icazə verilməyəcək. Bu məhdudiyyət 15 ildən çox istifadədə olan motosiklet və skuterlərə də şamil edilir.