Plastikdən elektromobil hazırlanıb


Digərləri 01 Okt 2018 22:41:00 230 0

Plastikdən elektromobil hazırlanıb

Yapon tədqiqatçılar və mühəndislər qrupu tərəfindən tamamilə sintetik plastikdən elektromobil hazırlanıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, yeni elektromobil sentyabrın 28-də Tokioda ictimaiyyətə təqdim edilib. Onun Nazirlər Kabinetinin rəhbərlik etdiyi innovativ texnologiyalar proqramı çərçivəsində hazırlandığı bildirilir.

Futuristik dizaynda hazırlanan elektromobilin uzunluğu təqribən 4 metrdir. Plastikdən olan innovativ hissələr korpusun 90 faizini təşkil edir. Elektromobil adi maşınlardan 40 faiz yüngüldür.