Danimarka vətəndaşları elektron sürücülük vəsiqələri alacaqlar


Dünya 01 Okt 2018 22:47:00 298 0

Danimarka vətəndaşları elektron sürücülük vəsiqələri alacaqlar

Artıq Danimarkada sürücülük vəsiqələrinin kart şəklində olmasına ehtiyac qalmayacaq. Belə ki, növbəti iki il ərzində ölkədə vəsiqələrin yeni - rəqəmsal versiyası dövriyyəyə buraxılacaq.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Danimarkanın Maliyyə Nazirliyi mətbuat üçün hazırladığı xüsusi məlumatda bildirib ki, sürücülük vəsiqələrini müxtəlif mobil cihazlara yüklənmiş xüsusi proqram əlavələri vasitəsilə əldə etmək mümkün olacaq.

Belə ki, sürücülük vəsiqələrinin təqdimatı üçün yeganə tələb olunan vasitə smartfon olacaq. Danimarkada bir çoxları mobil telefonlarını artıq onlayn-bankinq və E-boks təhlükəsiz poçt sistemi vasitəsilə rəsmi sənədləşdirmələrdə istifadə edirlər.

İctimai sektor və innovasiyalar naziri Sofi Löde deyib: "Bu gün əksər insanlar smartfona malikdir və o, gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Mobil telefonlar demək olar ki, pul kisəsini əvəz edib. Buna görə də sürücülük vəsiqələrini telefonlara tətbiq etmək, yəni onların həmişə əl altında olması yaxşı fikirdir".