Dayanacaq var, ancaq piyada keçidi yoxdur TƏHLÜKƏ VİDEO


Digərləri 01 Okt 2018 22:29:00 266 0

Dayanacaq var, ancaq piyada keçidi yoxdur  TƏHLÜKƏ  VİDEO

Mərdəkan şossesində bir yerdə yolun hər iki tərəfində dayanacaq var, ancaq piyada keçidi yoxdur. Bu da piyadalarin həyatı üçün real təhlükə yaradır. Bu səbəbdən də həmin ərazidə tez-tez piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin olduğu deyilir.

Son.az bildirir ki, söhbət Qala-Pirallahı və Mərdəkan şosselərinin kəsişməsindən gedir. Mərdəkan şosesindəki piyadalar keçidin olmamasından əziyyət çəkirlər. Bu da bəzən onların həyatı bahasına başa gəlir.

Piyadalar həmin əraziyə ən yaxın keçidin 2 kilometrlik məsafədə yerləşdiyini deyirlər. Bu səbəbdən də piyadalar hər dəfə yolu keçəndə həyatlarını riskə atırlar.

Çəkiliş apardığımız zaman məlum oldu ki, sözügedən ərazidə patrul əməkdaşları da xidmət aparırlar. Onlar yoldan keçən piyadaları cərimə edirlər. Bəzi hallarda isə onlarla marifləndirici söhbətlər aparırlar.