Avtomobilin vurduğu piyada xəstəxanada ölüb


Digərləri 01 Okt 2018 21:48:00 222 0

Avtomobilin vurduğu piyada xəstəxanada ölüb

Ağstafada baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan piyada yerləşdirildiyi xəstəxanada ölüb.

Son.az "report"-a istinadən bildirir ki, "VAZ-21011" markalı avtomobillə vurularaq ağır halda xəstəxanaya yerləşdirilən 1990-cı il təvəllüdlü Samir Qurbanov orada ölüb.

Hadisəni törədən sürücü, Tovuz rayon sakini, 1987-ci il təvəllüdlü Rabil Səttar oğlu Rüstəmov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.