"Avropa İttifaqı SSRİ kimi həbsxanaya çevrilir" ŞOK İTTİHAM


Dünya 01 Okt 2018 21:54:00 213 0

"Avropa İttifaqı SSRİ kimi həbsxanaya çevrilir"  ŞOK İTTİHAM

Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin başçısı Ceremi Hant Avropa İttifaqını "SSRİ-yə oxşar" həbsxanaya çevrilməməyə çağırıb.

Son.az xəbər verir ki, nazir bu haqda Mühafizəkarlar Partiyasının qurultayında çıxışında deyib.

"Avropanın ideallarına nə oldu? Avropa İttifaqı azadlığı müdafiə etmək üçün yaradılırdı. Sovet İttifaqı insanlara azad hərəkət etməyi qadağan edirdi", - Breksit üzrə danışıqlarda Avropa İttifaqının siyasətini tənqid edib.

Nazir bildirib ki, Avropa İttifaqı qurumu tərk etmək barədə qərarına görə Birləşmiş Krallığı cəzalandırır.

Qeyd edək ki, daha əvvəl Brüssel Avropa İttifaqı və Böyük Britaniya arasında azad ticarət zonasının yaradılmanı güman edən Britaniyanın baş naziri Tereza Meyin "Çekers planını" rədd edib. Plan sənaye malları və kənd təsərrüfatı məhsulları üçün ümumi reyestri nəzərdə tuturdu. Brüsselin qərarı, faktiki olaraq, Britaniyanın Avropa İttifaqından çıxışına 1,5 il qalmış danışıqları dalana dirədi.