41 yaşlı kişi naməlum şəraitdə xəsarət alıb


Digərləri 01 Okt 2018 21:39:00 219 0

41 yaşlı kişi naməlum şəraitdə xəsarət alıb

Tovuz rayon sakini naməlum şəraitdə xəsarət alıb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə rayonun Yuxarı Öysüzlü kəndində baş verib.

Kənd sakini, 1977-ci il təvəllüdlü Cəfərov Elçin Sabir oğlu döş qəfəsinin qapalı travması ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Yaralıya ilkin tibbi yardım göstərilib. Xəstə həyətində yıxılaraq xəsarət aldığını bildirib.

Faktla bağlı araşdırmalar aparılır.