Yol polisinin əməkdaşı kassasiya şikayəti verib


Kriminal 01 Okt 2018 21:36:00 228 0

Yol polisinin əməkdaşı kassasiya şikayəti verib

Şikayət hakim Tahir Kazımovun sədrliyi ilə araşdırılacaq

Bakıda dələduzluqda təqsirli bilinən Ramis Əhmədov barəsində olan məhkəmə qərarından kassasiya şikayəti verib.

Son.az "report"-a istinadən bildirir ki, Ali Məhkəmədə keçiriləcək iclas oktyabrın 24-nə təyin edilib.

Şikayət hakim Tahir Kazımovun sədrliyi ilə araşdırılacaq.

İttiham aktına əsasən, Nərimanov rayon Polis idarəsinin Dövlət yol polisi şöbəsinin əməkdaşı olmuş R.Əhmədov iş yoldaşı Elşən Məmmədovun qayını Pərviz Süleymana qarşı dələduzluq edib.