Tovuzda 41 yaşlı kişi naməlum şəraitdə xəsarət alıb


Digərləri 01 Okt 2018 21:30:00 193 0

Tovuzda 41 yaşlı kişi naməlum şəraitdə xəsarət alıb

Tovuz rayon sakini naməlum şəraitdə xəsarət alıb.

Bakı. Samir Əli - Tovuz rayon sakini naməlum şəraitdə xəsarət alıb. Trend-in məlumatına görə, hadisə rayonun Yuxarı Öysüzlü kəndində baş verib. Kənd sakini, 1977-ci il təvəllüdlü Cəfərov Elçin Sabir oğlu döş qəfəsinin qapalı travması ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına gətirilib.