Hicaba və ərinin Rusiyaya getməsinə etiraz edən qadından şok addım


Digərləri 01 Okt 2018 21:27:00 242 0

Hicaba və ərinin Rusiyaya getməsinə etiraz edən qadından şok addım

Sentyabrın 30-dan oktyabrın 1-nə keçən gecə Tovuz rayonunun Qovlar şəhərində üç azyaşlı uşağın anası intihar edib. 

Son.az bildirir ki, bu barədə Sputnik Azərbaycan-a Tovuz rayonunun hüquq-mühafizə orqanlarından məlumat verilib.

Məlum olub ki, 1990-cı il təvəllüdlü Həsənova Ülviyə Arif qızı intihar məqsədilə çoxlu dərman udub. O, qəbul etdiyi dərman preparatlarından zəhərlənmə nəticəsində ölüb. Hazırda Tovuz Rayon Prokurorluğu faktla bağlı araşdırma apararaq intiharın səbəblərini müəyyənləşdirir. Ehtimal olunur ki, intihara səbəb ailədaxili münaqişədir.

Bununla yanaşı, Tovuz polisləri başqa bir gənc qadına intihar etməməsi üçün yalvararkən xeyli enerji sərf etməli olublar. Belə ki, sentyabrın 30-da Qovlar şəhərində digər intihara cəhd olub. 1998-ci il təvəllüdlü Növruzova Gülay Sadiq qızı şəhər parkı yaxınlığındakı körpüyə çıxaraq özünü atmağa hazırlaşdığını bəyan edib. Hadisə yerinə gələn polis əməkdaşları qızın intihar cəhdinin qarşısını alıblar.