Oktyabrın 1i Ümumdünya Vegetarian Günüdür


Digərləri 01 Okt 2018 21:30:00 238 0

Oktyabrın 1i Ümumdünya Vegetarian Günüdür

Hər il oktyabrın 1-də dünya ictimaiyyəti Vegetarianların Ümumdünya Gününü (World Vegetarian Day) qeyd edir.1977-ci ildə həmin günü Şimali Amerika Vegetarian Cəmiyyəti (North American Vegetarian Society, NAVS) təsis edib və bir il sonra Beynəlxalq Vegetarianlar İttifaqı (International Vegetarian Union, IVU) həmin təşəbbüsü dəstəkləyib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, həmin günün qeyd olunması ictimaiyyəti vegetarian həyat tərzinin üstünlükləri, onun həm sağlamlıq və ekologiya baxımından, həm etik nöqteyi-nəzərdən, həmçinin vegetarianlığın müxtəlif aspektlərinin təbliği baxımından məlumatlandırmağa xidmət edir.

Vegetarianlıq heyvan mənşəli məhsulları menyudan çıxarıldığı qidalanma sistemidir. Bütün ənənələr kimi, o da qədim tarixə malikdir. Vegetarianlığın qədim vaxtlardan Asiya ölkələrində yarandığı və əsasında buddizmin və induizmin dini ənənələri dayandığı hesab edilir. Avropada vegetarianlıq yalnız XIX əsrin əvvəllərində İngiltərədə meydana çıxmağa başlayıb. Qeyd etmək lazımdır ki, həmin təlimin meydana çıxmasında Avropada iqtisadi böhran, qida məhsullarının bahalaşması da rol oynayıb.

İllər keçdikcə vegetarianlıq bütün dünyaya yayılaraq inkişaf edib, müəyyən dəyişikliyə uğrayıb, onun ən qızğın tərəfdarları isə daha ciddi - yalnız ətdən deyil, digər heyvan mənşəli məhsullardan da imtina etməyə çağırıblar. Bu gün vegetarianlıq öz populyarlığını itirməsə də, onu özünə həyat tərzi seçənlərin gətirdiyi səbəblər müxtəlifdir: kimsə dəbə uyaraq, kimsə çəki atmaq üçün, kimsə başqalarından seçilmək üçün, kimsə sağlamlıq naminə, kimsə - etik və dini-mənəvi dəyərlərə görə...