Həyəcan siqnalı çalındı


Dünya 01 Okt 2018 21:00:00 336 0

Həyəcan siqnalı çalındı

Amerikada toyunu iş yerində keçirən yanğısöndürənin başına maraqlı hadisə gəlib.

Son.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Ceremi Bourasa xanımı Krista Bolandla nikahı zamanı yaxınlıqdakı ərazidə yanğın başlayıb. Həyəcan siqnalından sonra əlavə işçiyə ehtiyac olduğundan bəy öz toyunu yarımçıq qoyaraq işinin başına keçib.

İş yoldaşlarına yardım edən Bourasa yanğın söndürüdükdən sonra toyuna qayıdıb və məclis davam edib.


Xəbərə aid fotolar