Azərbaycanda qədim qala aşkarlandı


Digərləri 01 Okt 2018 20:44:00 278 0

Azərbaycanda qədim qala aşkarlandı

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İmişli arxeoloji ekspedisiyasının rəhbəri, t.ü.f.d Mikayil Mustafayevin rəhbərliyi ilə İmişli rayonu Qızılkənd inzibati ərazi vahidində yerləşən Qızıltəpə ərazisində ilkin arxeoloji qazıntılar aparılıb.

Son.az bildirir kiŞ İnstitutdan Trend-ə verilən məlumata görə, tədqiqatlar zamanı qala tipli istehkam tikilisinin qalıqları və orta əsrlərə aid bir çox maddi-mədəniyyət nümunələri aşkar edilib.

Bundan əlavə, qazıntılar nəticəsində Qızıltəpənin müdafiə xarakterli və ciddi qorunan bir qala olduğu aydınlaşıb. İki hissədən ibarət olan Qızıltəpə 5 hektardan çox ərazini əhatə edir. 25 metrə yaxın hündürlüyü olan tarixi abidədən ətrafı çox yaxşı müşahidə etmək olur. Müşahidələr zamanı perpendikulyar yerləşmiş qalanın təqribi konturları müəyyənləşib, hündürlüyün ətrafında qala divarlarının qalıqlarına rast gəlinib.

Qalanın üst qatında aparılan tədqiqatlar zamanı orta əsrlərə aid tarixi əşyalar üzə çıxıb. Burada arxeoloqlar tərəfindən ilk dəfə rast gəlinən yaşı min ildən çox təndir, həmçinin digər maddi mədəniyyət nümunələri aşkar edilib. Üzərində rəngli naxışlar olan, əl ilə döymələr vurulan bir çox məişət əşyası da üzə çıxıb.