Oqtay Şirəliyev Binədəki qəzada yaralananlarla bağlı xüsusi tapşırıq verdi


Digərləri 01 Okt 2018 20:28:00 254 0

Oqtay Şirəliyev Binədəki qəzada yaralananlarla bağlı xüsusi tapşırıq verdi

Səhiyyə naziri Oqtay Şirəliyev bu gün Binə qəsəbəsində avtobusun qatarla toqquşması nəticəsində xəsarət alanlara tibbi yardımın təşkili məsələsinin nəzarətə götürülməsi barədə tapşırıq verib.

Son.az bildirir ki, bu barədə Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova məlumat verib.

Onun sözlərinə görə, yaralılara bütün lazımi yardımın göstərilməsini təmin etmək üçün bir qrup həkim xəstələlərin yerləşdiyi 3 saylı Şəhər Klinik Xəstəxanasına ezam olunub. Nazirin göstərişinə əsasən, həmin qrupa Respublika Neyrocərrahiyə Xəstəxanasının baş həkimi Kabus Dadaşov , Elmi Tədqiqat Travmatologiya Institutunun 2 uşaq travmatoloqu, 2 nevroloq daxil edilib.