“Əsl kişi, kişi vidində olmalıdır, mən şoubiznes adamıyam”


Şou-biznes 01 Okt 2018 19:48:00 323 0

“Əsl kişi, kişi vidində olmalıdır, mən şoubiznes adamıyam”

ARB TV-nin "Shou News" proqramının kollektivi şou-biznes əhli arasında "Əsl kişi necə olmalıdır?" adlı sorğu keçirib. 

Son.az xəbər verir ki, məşhurların verdiyi cavablar maraq doğurub. Daha çox maraq cəlb edən isə müğənni Niyam Salaminin verdiyi cavab olub:

"Əsl kişi olmaq üçün... Üzr istəyirəm kəlməmə görə, mənim atam kimi olmalısan. 8 uşaq böyütməlisən. Heyif ki, mən atam kimi deyiləm, atam kimi kişi deyiləm. Atam başqa kişi olub. Əsl kişi olub. Natura kişi olub. Mən biraz şou-biznes adamıyam. Amma onun kişiliyə aidiyyatı yoxdur. Əsl kişi, kişi vidində olmalıdır".