Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Nyu-Yorkda toplantısı keçirilib (FOTO)


Digərləri 01 Okt 2018 19:44:36 257 0

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Nyu-Yorkda toplantısı keçirilib (FOTO)

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Nyu-Yorkda “Dəyişən dünyada davamlı sülh və inkişaf” mövzusunda XIV Ali səviyyəli toplantısı keçirilib.

Bakı. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Nyu-Yorkda “Dəyişən dünyada davamlı sülh və inkişaf” mövzusunda XIV Ali səviyyəli toplantısı keçirilib. Mərkəzdən Trend-ə verilən məlumata görə, toplantının açılışında Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç, Gürcüstan Prezidenti Georgi Marqvelaşvili, Bolqarıstan Baş naziri Boyko Borisov, Rumıniya Baş nazirin müavini Anna Birchall (Baş naziri xanım Vlorica Dancila adından ) və mərkəzin həmsədri İsmayıl Serageldin çıxış edib. Malta Baş naziri Joseph Muskat, Makedoniya Prezidenti Georgi İvanov, Gürcüstan Prezidenti Georgi Marqvelaşvili, Finlandiyanın sabiq prezidenti Tarya Hallonen, Yunanıstanın sabiq xarici işlər naziri Dora Bakoyannis, Latviyanın sabiq prezidenti Valdis Zatlers, İsrailin sabiq xarici işlər naziri Tzipi Livni, Ərəb Liqasının sabiq rəhbəri Amir Musa, Rumıniya və Fələstinin baş nazirlərinin müavinləri də toplantıda iştirak edib.