Gürcüstanda polietilen torbalar qadağan edildi


Dünya 01 Okt 2018 19:40:00 296 0

Gürcüstanda polietilen torbalar qadağan edildi

Gürcüstanda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaq məqsədilə bu il oktyabrın 1-dən etibarən qalınlığı 15 mikrondan az olan polietilen torbaların istehsalı və satışı qadağan olunub.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, 2019-cu il aprelin 1-dən etibarən Gürcüstanda istənilən növ polietilen torbalar qadağan ediləcək.

Ölkə ərazisində yalnız Gürcüstanda müəyyən edilmiş standartlara uyğun torbalar istehsal edilməli və satılmalıdır.