ADA Universiteti 2019-2020-ci tədris ili üçün magistraturaya sənəd qəbuluna başlayıb


Digərləri 01 Okt 2018 19:14:00 244 0

ADA Universiteti 2019-2020-ci tədris ili üçün magistraturaya sənəd qəbuluna başlayıb

Bu gündən etibarən ADA Universiteti 2019-2020-ci tədris ili üçün magistr proqramlarına sənəd qəbuluna başlayıb.

Bakı. Bu gündən etibarən ADA Universiteti 2019-2020-ci tədris ili üçün magistr proqramlarına sənəd qəbuluna başlayıb. Universitetdən Trend-ə verilən məlumata görə, sənədlərin qəbulu Azərbaycan vətəndaşları üçün 2019-cu ilin aprelin 5-i, xarici vətəndaşlar üçün isə iyulun 1-dək davam edəcək. Təklif edilən magistr proqramları aşağıdakı ixtisaslar üzrədir: Diplomatiya və beynəlxalq münasibətlər Dövlət idarəetməsi Biznesin idarə edilməsi, MBA Təhsil üzrə menecment İkiillik ingilisdilli təhsil proqramlarında dərslər yerli və xarici müəllimlər tərəfindən aparılır. Axşam saatları və həftəsonu günlərində keçirilən dərslər işləyən peşəkarlara ali təhsillərini davam etdirmək imkanı yaradır. Tələbələr həmçinin ADA-nın akademik tərəfdaşı olan dünyanın 50-dən çox universitetində mübadilə təhsili ala bilərlər.