130 dövlət əmlakı özəlləşdirilir


Digərləri 01 Okt 2018 18:52:00 210 0

130 dövlət əmlakı özəlləşdirilir

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 30 oktyabr tarixində növbəti hərrac baş tutacaq.

Son.az bildirir ki, Komitədən Trend-ə verilən məlumata görə, hərraca ümumilikdə 130 dövlət əmlakı çıxarılıb. Onlardan 79-u kiçik dövlət müəssisə və obyekti, 23-ü qeyri-yaşayış sahəsi, 20-si səhmdar cəmiyyəti, 8-i isə nəqliyyat vasitəsidir.

Məişət, iaşə, qida, tikinti və digər sahələrə aid kiçik dövlət müəssisə və obyektlərinin ümumi faydalı sahəsi 20 kv.m ilə 3813 kv.m arasındadır. Bu kateqoriyadan olan dövlət əmlakları ölkənin müxtəlif şəhər və rayonlarında yerləşir. Xidmət sahəsi üzrə fəaliyyətə imkan verən mağaza Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində yerləşir. Bu obyektin ümumi faydalı sahəsi 227,9 kv.m-dir. Hərracda fəaliyyətini yenidən quran investoru daha çox gəlirlə təmin edə biləcək əmlaklar sırasında Bakının Xəzər rayonunda yerləşən şadlıq evini də misal göstərmək olar. Torpaq sahəsi ilə birgə özəlləşməyə çıxarılan əmlakın ümumi faydalı sahəsi 1772,7 kv.m-dir.