"Biz sadəcə güzgüyük” layihəsinin Bakıda keçirilən mərhələsi başa çatıb (FOTO)


Digərləri 01 Okt 2018 18:47:00 404 0

"Biz sadəcə güzgüyük” layihəsinin Bakıda keçirilən mərhələsi başa çatıb (FOTO)

“İnkişaf Zamanı” təhsil proqramı çərçivəsində “Biz sadəcə güzgüyük” layihəsi həyata keçirilib.

Bakı. "Education HUB"ın təşkilatçılığı ilə “İnkişaf Zamanı” təhsil proqramı çərçivəsində “Biz sadəcə güzgüyük” layihəsi həyata keçirilib. Bakı Dövlət Universitetindən Trend-ə verilən məlumata görə, NAYORA-nın və Sabunçu Gənclər Evinin təşkilatı dəstəyi ilə keçirilən təlimin ilk günü stereotiplər, zərərli vərdişlər, seçim azadlığı kimi məsələlərə toxunulub. Təlimin növbəti günü 8 və 9-cu siniflərdə oxuyan 24 nəfər şagirdin təqdimatında qeyd olunan mövzularla bağlı Forum Teatr keçirilib.Layihənin ikinci mərhələsinin 13-14 oktyabr tarixlərində Neftçala rayonunda həyata keçirilməsi planlaşdırılır.