Şəkidə qumla dolu yük maşını evə girib


Digərləri 01 Okt 2018 18:08:00 254 0

Şəkidə qumla dolu yük maşını evə girib

Şəkidə qumla dolu yük maşını evə girib.

Son.az report-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Böyük Dəhnə kəndində baş verib. Bərdə rayonunun Qaradağlı kənd sakini, 33 yaşlı Alışov Niyaməddin Ziyəddin oğlunun idarə etdiyi 99 MN 196 dövlət nömrə nişanlı "Shagman" markalı yük avtomobili idarəetməni itirərək yolun kənarında yerləşən Mustafayev Allahverdiyə məxsus yaşayış evinə girib.

Sükanın idarəetməsini itirən sürücü Niyaməddin Alışov özünü avtomobildən çölə atıb. O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (RMX) aparılıb.

MRX-dan "Report"a bildirlib ki, Alışov Niyaməddinin xəsarətləri yüngül olduğunda ona ilkin yadım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Hadisə baş verən an evdə heç kim olmayıb. Evə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.