Lənkəran və Masallıda brakonyerlər saxlanılıb


Digərləri 01 Okt 2018 17:32:00 213 0

Lənkəran və Masallıda brakonyerlər saxlanılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Lənkəran və Masallı rayonu ərazisində icazəsiz ov edən şəxslər saxlanılıb.

Nazirlikdən Son.az-a verilən məlumata görə, onlardan 3 ov tüfəngi və ovlanmış cürə quşları götürülüb.

Araşdırma zamanı brakonyerlərin Lənkəran şəhər sakini Nadir Ağayev, Masallı rayon sakinləri Rahim Əzizov və Məmmədhüseyn Əsədov olduğu məlum olub.