Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin NyuYorkda toplantısı keçirilib


Dünya 01 Okt 2018 17:28:00 302 0

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin NyuYorkda toplantısı keçirilib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Nyu-Yorkda  "Dəyişən dünyada davamlı sülh və inkişaf" mövzusunda XIV Ali səviyyəli toplantısı keçirilib.

Mərkəzdən Son.az-a verilən məlumata görə, toplantının açılışında Xorvatiya Prezidenti xanım Kolinda Grabar-Kitaroviç, Gürcüstan Prezidenti Georgi Marqelaşvili, Bolqarıstan Baş naziri Boyko Borisov, Rumıniya Baş nazirin müavini Anna Birchall (Baş naziri xanım Vlorica Dancila adından ) və mərkəzin həmsədri İsmayıl Serageldin çıxış edib. Malta Baş naziri Joseph Muskat, Makedoniya Prezidenti Georgi İvanov, Gürcüstan Prezidenti Georgi Marqelaşvili, Finlandiyanın sabiq prezidenti Tarya Hallonen, Yunanıstanın sabiq xarici işlər naziri Dora Bakoyannis, Latviyanın sabiq xarici işlər naziri Valdes Zatlers, İsrailin sabiq xarici işlər naziri Tzipi Livni, Ərəb Liqasının sabiq rəhbəri Amir Musa, Rumıniya və Fələstinin baş nazirlərinin müavinləri də toplantıda iştirak edib.

Çıxışlarda dünyanı narahat edən sülh və təhlükəsizlik problemləri haqqında danışılıb. Avropa İttifaqının Şərq tərəfdaşlığı proqramı ilə bağlı geniş müzakirələr aparılb. Bu proqramın Avropa İttifaqının genişləndirilməsi, regionda sülhün, təhlükəsizliyin, iqtisadi inkişafın və inteqrasiyanın təmin olunması baxımından xüsusi əhəmiyyətə malik olduğu vurğulanıb. Avroatlantik münasibətlərin müxtəlif aspektlərinə dair fikir mübadiləsi aparılıb, ideya və təşəbbüslər geniş müzakirə edilib.


Xəbərə aid fotolar