Bakıda sərnişin avtobusu ilə qatarın toqquşması ilə bağlı cinayət işi başlandı


Digərləri 01 Okt 2018 16:48:00 260 0

Bakıda sərnişin avtobusu ilə qatarın toqquşması ilə bağlı cinayət işi başlandı

Bakıda sərnişin avtobusunun qatarla toqquşması ilə bağlı cinayət işi başlanıb.

Son.az bildirir ki, bu barədə Trend-ə açıqlamasında Respublika Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Nəqliyyat İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.