Maradonadan Messiyə məsləhət


İdman 01 Okt 2018 16:21:00 251 0

Maradonadan Messiyə məsləhət

Goal.az “Fourfourtwo” nəşrinə istinadən xəbər verir ki, 58 yaşlı mütəxəsis Argentinada Messinin hər şeyə görə günahlandırıldığını və buna görə də milli komandanı birdəfəlik tərk etməsinin doğru qərar olacağını bildirib. 

Dieqo Maradona həmyerlisi Lionel Messiyə milli komandaya qayıtmamasını məsləhət görüb.

“Messiyə milli komandaya qayıtmamağı məsləhət görürəm. Çünki onun dəyərini anlamırlar və hər şeydə ilk növbədə, o günahlandırılır. Argentina U-15 millisi məğlub olanda belə Messini günahlandırırlar. Ona görə də milli komandanı birdəfəlik tərk etməsini məsləhət görürəm. Görəsən, o olmadan nə edə biləcəklər”.

Qeyd edək ki,31 yaşlı futbolçu Argentina millisi ilə son oyununu Rusiyadakı dünya çempionatının 1/8 final mərhələsində Fransaya qarşı keçirib. Həmin vaxtdan argentinalı forvard milli karyerasına fasilə verib.