Farer adaları millimizlə oyun üçün heyəti açıqladı


İdman 01 Okt 2018 15:22:00 282 0

Farer adaları millimizlə oyun üçün heyəti açıqladı

Farer adaları yığmasının UEFA Millətlər Liqasında Azərbaycan və Kosovoya qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.

Goal.az xəbər verir ki, baş məşqçi Lars Olsen 23 futbolçuya dəvət göndərib. 

Qapıçılar: Qunnar Nilsen ("Hafnarfyordur", İslandiya), Teytur Gestsson ("Torshavn"), Kristian Yönsen ("Klaksvik")

Müdafiəçilər: Atli Qreqersen ("Vikinqur"), Odmar Feryo ("B-36 Torshavn"), Vilyormur Davidsen ("Veyle", Danimarka), Yoqvan Roy Davidsen ("Torshavn"), Sonni Raqnar Nattestad ("Horsens", Danimarka), Aleks Mellemqor ("B-36 Torshavn"), Hayni Vatnsdal ("Fremad Amager", Danimarka), Qunnar Vatnhamar ("Vikinqur"), Maqnus Egilsson ("Torshavn")

Yarımmüdafiəçilər:  Kay Leo Bartalsstovu ("Vestmannaeyar", İslandiya), Gilli Rolantsson Sörensen ("Brann", Norveç), Rene Şaki Yensen ("Qrindavik", İslandiya), Trondur Yensen ("Torshavn"), Pol Yohannus Yustinussen ("NSİ Runavik"), Hallur Hansson ("Horsens", Danimarka), Brandur Hendriksson Olsen ("Hafnarfyordur", İslandiya), Roqvi Baldvinsson ("Brüne", Norveç)

Hücumçular: Finnir Yustinussen ("Nestved", Danimarka), Yohan Suymun Edmundsson ("Arminiya", Almaniya), Klemint Andrasson Olsen ("NSİ Runavik")

Qeyd edək ki, Farer adaları Azərbaycanı oktyabrın 11-də, Kosovonu isə oktyabrın 14-də qəbul edəcək. Lars Olsenin rəhbərlik etdiyi kollektiv D Liqasının 3-cü qrupunda 3 xalla 2-ci pillədə qərarlaşıb. Azərbaycan isə 2 xalla 3-cü yerdədir. Lider Kosovonun 4, son sıradakı Maltanın 1 xalı var.