Korrupsiya idarəsinin tutduğu keçmiş rəis Ali Məhkəməyə müraciət edib


Digərləri 01 Okt 2018 15:35:00 270 0

Korrupsiya idarəsinin tutduğu keçmiş rəis Ali Məhkəməyə müraciət edib

Səhiyyə Nazirliyinin "Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi"nin Saatlı rayon şöbəsinin keçmiş rəisi Tahir Mehdiyev barəsində olan məhkəmə qərarından kassasiya şikayəti verib.

Son.az report-a istinadən xəbər verir ki, şikayətə oktyabrın 9-da Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata əsasən, Azərbaycan Səhiyyə Nazirliyinin "Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi"nin Saatlı rayon şöbəsinin ekspertinin qanunsuz hərəkətləri barədə rayon sakininin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı "Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciəti araşdırılıb.

Həmin müraciət üzrə Baş idarənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-istintaq hərəkətləri nəticəsində birliyin Saatlı rayon şöbəsinin müdiri - eksperti T.Mehdiyevin xidməti vəzifələrinin icrası ilə əlaqədar rayon sakininin avtonəqliyyat qəzası zamanı ağır dərəcəli bədən xəsarəti almış övladı barəsində tibbi arayışın və hadisə zamanı aldığı xəsarətlə əlaqədar obyektiv rəyin verilməsi müqabilində özü üçün əvvəl 300 manat tələb etdiyi, sonradan isə şikayətçi ilə razılaşdığı 200 manat məbləğində pulu 12 fevral 2015-ci il tarixdə xidməti otağında rüşvət kimi alarkən cinayət başında yaxalanıb.