Səhiyyə Nazirliyi: Qəzada xəsarət alanların sayı 20 nəfərə çatıb


Digərləri 01 Okt 2018 15:36:00 209 0

Səhiyyə Nazirliyi: Qəzada xəsarət alanların sayı 20 nəfərə çatıb

Bakının Xəzər rayonu Binə qəsəbəsində 160 saylı avtobusun qatarla toqquşması nəticəsində xəsarət alanların sayı 20 nəfərə çatıb.

Bakı. İlhamə İsabalayeva - Bakının Xəzər rayonu Binə qəsəbəsində 160 saylı avtobusun qatarla toqquşması nəticəsində xəsarət alanların sayı 20 nəfərə çatıb. Bu barədə Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirov deyib. Onun sözlərinə görə, xəsarət alanların 7-si qadın, 10-u kişi, 3-ü uşaq olub. Xəsarət alan uşaqlardan biri xəstəxanaya gətirilərkən yolda dünyasını dəyişib.