Avtobusun qatarla toqquşması nəticəsində xəsarət alan azyaşlı dünyasını dəyişib


Digərləri 01 Okt 2018 15:08:00 214 0

Avtobusun qatarla toqquşması nəticəsində xəsarət alan azyaşlı dünyasını dəyişib

Xəzər rayonu Binə qəsəbəsində 160 saylı avtobusun qatarla toqquşması nəticəsində xəsarət alanların biri dünyasını dəyişib.

Bakı. İlhamə İsabalayeva, Samir Əli - Xəzər rayonu Binə qəsəbəsində 160 saylı avtobusun qatarla toqquşması nəticəsində xəsarət alanların biri dünyasını dəyişib. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədovanın Trend-ə verdiyi məlumata görə, 1 nəfər dünyasını dəyişib. 3 saylı Şəhər Klinik Xəstəxanasından Trend-ə verilən məlumata görə, hadisə nəticəsində dünyasını dəyişən azyaşlı oğlandır. Hazırda 12 nəfər xəstəxanaya daxil olub, vəziyyətləri ağırdır. Səhiyyə Nazirliyinin mətbuat xidməti hadisə yerinə 10 təcili tibbi yardım briqadası cəlb edildiyini bildirib.