Azərbaycanda külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb


Digərləri 01 Okt 2018 14:32:00 190 0

Azərbaycanda külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Bakı. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. DİN-dən Trend-ə verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş İlqar Qəmbərovun evindən çəkisi 8 kiloqram marixuana götürülüb. Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının Lənkəran şəhəri ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Məhəmməd Nəzərovdan 4 qrama yaxın, habelə şəhər ərazisindəki tikililərin birində gizlətdiyi yerdən əlavə 433 qr marixuana götürülüb.