Bakıda 7 marşrut xətti müsabiqəyə çıxarılıb


Digərləri 01 Okt 2018 14:10:00 274 0

Bakıda 7 marşrut xətti müsabiqəyə çıxarılıb

6, 38, 81, 85, 119, 135 və 165 nömrəli müntəzəm marşrutlar müsabiqəyə çıxarılıb.

Bakı. Samir Əli - “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli Qərar”ına uyğun olaraq, 6, 38, 81, 85, 119, 135 və 165 nömrəli müntəzəm marşrutlar müsabiqəyə çıxarılıb. Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Qeyd edək ki, Bakı şəhərinin inzibati ərazisində fəaliyyət göstərən bütün müntəzəm marşrut xətlərinin müsabiqəyə çıxarılması nəzərdə tutulub.