“Araz Əlizadə kimliyini unutdura bilməz” Məclisdə gərginlik


Digərləri 01 Okt 2018 14:02:00 289 0

“Araz Əlizadə kimliyini unutdura bilməz”  Məclisdə gərginlik

Bəzi deputatlar Qarabağ, müharibə məsələsində insanlarda ruh düşkünlüyü yaradırlar. Bəziləri deyirlər ki, gəlin filankəsə, filan dövlətə yalvaraq ki, bizim torpaqlarımızı qaytarsın. Biz kiməsə yalvarmamalıq.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu deputat Araz Əlizadə  parlamentdə deyib. O qeyd edib ki, ölkə başçımız da bu məsələdə öz iradəsini, qətiyyətini ortaya qoyub: "Dəfələrlə deyib ki, lazım gəldiyi vaxt torpaqlarımızı güc yolu ilə də qaytara bilərik. Ona görə Oqtay müəllim sizdən xahiş edirəm ki, deputatlara göstəriş verəsiniz ki, insanlarda ruh düşkünlüyü yaradan fikirlər söyləməsinlər".

Buna cavabında isə spiker  Oqtay Əsədov bu məsələdə həddindən atrıq ehtiyatlı davranılmasının gərəkdiyini bildirib:

"Düzdür, mən kiməsə göstəriş verə bilmərəm ki, hansısa fikri söyləməsin, amma onu bilirəm ki, bu məsələdə kifayət qədər ehtiyatlı olmalıyıq. İndi mən çox məsələləri dilə gətirmək, debat açmaq istəmirəm, amma ehtiyatlı olmalıyıq".