"Pensiya yaşı 95dək artırılacaq"


Dünya 01 Okt 2018 14:05:00 235 0

"Pensiya yaşı 95dək artırılacaq"

Malayziyanın 93 yaşlı Baş naziri Mahathir Məhəmməd zarafatla bildirib ki, ölkədə pensiya yaşı 95-dək artırılacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, Baş nazir Londonda həmvətənləri ilə görüşündə deyib: "Malayziyada pensiyaya çıxma yaşı artıq 95-dir. Ümid edirəm ki, pensiya yaşıma çatacağam".

Auditoriya onun çıxışını gülüşlə qarşılayıb. Bununla belə, M.Məhəmməd uzun müddət kürsüdə qalmaq istəmədiyini vurğulayıb: "Belə aktiv qalmağıma iş kömək edir. Xəstəlik öldürür, amma iş öldürmür. Təkcə əzələləri deyil, beyni də məşq elətdirmək lazımdır".

Qeyd edək ki, Malayziyada pensiya yaşı 60-dır, lakin ekspertlər səviyyəsində bu həddin 62 yaşadək artırılması imkanları müzakirə olunur.