"Pərviz Türkana yox, sənə qoşulmalıdır?"


Şou-biznes 01 Okt 2018 13:42:00 334 0

"Pərviz Türkana yox, sənə qoşulmalıdır?"

Ötən həftə tanınmış meyxanaçı Vüqar Əbdülovun “ATV şou” proqramında söylədiyi fikirlər qalmaqala səbəb olub

Ötən həftə tanınmış meyxanaçı Vüqar Əbdülovun "ATV şou" proqramında söylədiyi fikirlər qalmaqala səbəb olub. Onun efirdə səsləndirdiyi sərt fikirlər həmkarları tərəfindən birmənalı qarşılanmayıb. 

Son.az bildirir ki, meyxana Ustadı Mehman Əhmədli qafqazinfo-ya açıqlama verərək V. Əbdülovun açıqlamasına sərt cavab verib. O, Vüqarın özünü reklam etdiyini bildirib:

"Çox sərt danışıb. Təbii ki, özünü reklam edir. Adlarını çəkdiyi şəxslər barədə təkcə efirdə yox, həmişə arxalarıyca danışıb. Amma həmin şəxslərlə görüşəndə tamam başqa bir insan olur, üzlərinə deyə bilmir. Onun səsləndirdiyi fikirlər tamamilə səhvdir. Deyir ki, meyxanaçılar bir olsunlar. Mənə maraqlıdır ki, bir olub nə edək? Onsuz da birik! Yığışıb nə edək? İdman edək, futbol oynayaq? Məclislərdə, konsertlərdə bir oluruq. Mən Vüqarı başa düşmürəm".

O, meyxanaçının "Mehman Əhmədli "Əhmədli" məktəbi quraraq kənara çəkilib" sözlərini belə şərh edib:

"Biz heç kimi başımıza yığmamışıq. Sadəcə olaraq, mən onlardan fərqli olaraq özüm üçün yox, sənət üçün çalışmışam. Tələbə yetişdirmişəm, ortaya sənət qoymuşuq. Özüm Əhmədlidə yaşayıram, ona görə də tələbələrimlə orada otururuq. Əhmədli məktəbində təkcə Əhmədlidən olanlar yox, Yasamal və başqa ərazilərdən meyxana ifa edənlər var. O demək deyil ki, mən təkcə Əhmədli uşaqlarını başına yığmışam, kənar şəxsi məktəbə buraxmamışam". 

M. Əhmədli Vüqarın Pərviz Bülbülə və duet ortağı Türkan Vəlizadə barədə səsləndirdiyi fikirlərə də münasibət bildirib:


Xəbərə aid fotolar