Əflatun Amaşov: "İnformasiya təhlükəsizliyi ilə bağlı ayrıca konsepsiya və ya qanun layihələri hazırlanmalıdır"


Digərləri 01 Okt 2018 13:43:18 271 0

Əflatun Amaşov: "İnformasiya təhlükəsizliyi ilə bağlı ayrıca konsepsiya və ya qanun layihələri hazırlanmalıdır"

İnternetin cəmiyyətə təsiri geniş və önəmlidir. Azərbaycanda bu istiqamətdə qanunlar var. Lakin internetin funksiya və vəzifələrini müəyyən edən ayrıca qanun qəbul olunmalıdır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov parlamentin bu gün keçirilən iclasında deyib.

Ə.Amaşov bildirib ki, internet medianın hüquqi əsasları qanunla tənzimlənməlidir: "Bu, həm onların fəaliyyəti, həm də onlayn medianın maliyyələşdirilməsinə yardım edə bilər".