Leyla Əliyeva və Arzu Əliyeva Nəsiminin xatirəsinə həsr olunan ədəbi müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimlərində iştirak ediblər FOTO


Digərləri 01 Okt 2018 13:36:00 287 0

Leyla Əliyeva və Arzu Əliyeva Nəsiminin xatirəsinə həsr olunan ədəbi müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimlərində iştirak ediblər  FOTO

Sentyabrın 30-da Bakı Media Mərkəzində Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalının bağlanış və Mədəniyyət Nazirliyinin "Söz" ədəbi layihəsi çərçivəsində Nəsiminin xatirəsinə həsr etdiyi ədəbi müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimləri keçirilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva mərasimlərdə iştirak ediblər.

Son.az Trend-ə istinadən xəbər verir ki, festivalın bağlanışı mərasimində "Mərhaba!" ədəbi-musiqili tamaşa təqdim olunub. Ecazkar musiqi, tamaşanın plastik həlli və əlbəttə ki, Nəsiminin qiymətli kəlamlarının aktyorların ifasında məharətlə səsləndirilməsi şairin tükənməz poetik dünyasını bir daha təcəssüm etdirib. Mütəfəkkir şairin qəzəllərindən səsləndirilən "Mərhaba, xoş gəldin, ey ruhi-rəvanım, mərhaba", "Mənəm ol tilsimi-pünhan ki, bu gün cahanə gəldim" və digər misralar hər kəsi bir daha Nəsimi şeiriyyətinin təsirinə salıb, insan, həyat, həqiqət axtarışı haqqında düşüncələrə dalmağa sövq edib.

Sonra Mədəniyyət Nazirliyinin "Söz" ədəbi layihəsi çərçivəsində İmadəddin Nəsiminin xatirəsinə həsr etdiyi ədəbi müsabiqənin qalibləri - Tahirə Məmmədova, Mehman Rəsulov, Rüstəm Tofiq, habelə ən gənc iştirakçı Aysel Babayeva və Mehriban Səttarova mükafatlandırılıblar.


Xəbərə aid fotolar