"Təəssüflər olsun ki, deputatlar ingilis dili kursuna qatılmadı"


Digərləri 01 Okt 2018 13:29:00 244 0

"Təəssüflər olsun ki, deputatlar ingilis dili kursuna qatılmadı"

Bir müddət öncə deputatlar üçün ödənişsiz ingilis dili kursu təşkil etmişdik. Təəssüflər olsun ki, deputatlar həmin kursa maraq göstərmədilər.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov parlamentin bu gün keçirilən plenar iclasında deputat Qüdrət Həsənquliyevin məmurların xarici dil öyrənməsi ilə bağlı təklifinə münasibət bildirərkən deyib.