Şamaxıda ögey anasını qətlə yetirən oğul məcburi müalicəyə göndərildi


Digərləri 01 Okt 2018 13:15:00 248 0

Şamaxıda ögey anasını qətlə yetirən oğul məcburi müalicəyə göndərildi

Bakı Ağır Cinayətlər Məhkəməsində Şamaxıda qətl törətməkdə təqsirləndirilən Rəhim Bağırovun cinayət işi üzrə məhkəmə prosesi baş çatıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə hökmü elan edilib.

Məhkəmə R.Bağırovun hadisəni törədərkən anlaqsız vəziyyətdə olduğu qənaətinə gəldiyi üçün onun barəsində məcburi psixiatrik müayinə tədbiri tətbiq edilməsi barədə qərar qəbul edib .

Təqsirləndirilən şəxs 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilib.

İttihama görə, ötən il noyabrın 13-də Şamaxı şəhəri, Azadlıq küçəsindəki 52 saylı mənzildə yaşayan 1960-cı il təvəllüdlü Badam Bağırova öldürülüb.

Müəyyən edilib ki, qətli bir neçə il əvvəl dünyasını dəyişən ev sahibi Hacı Bağırovun birinci arvadı ilə nikahından olan oğlu, 1957-ci il təvəllüdlü Rəhim Bağırov törədib.