Fil 8 yaşlı oğlanı tapdaladı


Digərləri 01 Okt 2018 13:05:00 327 0

Fil 8 yaşlı oğlanı tapdaladı

Qəzəblənmiş fil 8 yaşlı oğlanın arxasınca düşərək onu təqib edib. Meşənin kənarında oğlanı haqlayan fil uşağı tapdalayaraq öldürüb.

Son.az Daily Mail-ə istinadən bildirir ki, olay Hindistanın şərqindəki Carkhand ştatında, Suiyyakanari bölgəsindəki kəndlərdən birində yaşanıb.

Kəndin kənarındakı tarlada işləyən ailənin övladı olan 8 yaşlı oğlan meşədən çıxan filləri görəndə qışqırmağa, fit çalmağa başlayıb.

Az sonra ona başqa uşaqlar da qoşulub.

Uşaqların səs-küyü fillərdən birini qəzəbləndirib və o, tarlaya tərəf qaçmağa başlayıb.


Xəbərə aid foto