Xaricdən telefon sifariş etməyə ehtiyac qalmadı FOTO


Digərləri 01 Okt 2018 12:45:00 401 0

Xaricdən telefon sifariş etməyə ehtiyac qalmadı  FOTO

"My Shops" şirkəti "Apple"in real tərəfdaşı oldu. 

Xaricdən telefon sifariş etməyə daha ehtiyac qalmadı. Çünki artıq "MyShops.az" şirkəti daha sərfəli qiymətə, rəsmi qeydiyyatla, zəmanətlə və pulsuz çatdırılma ilə məhsullar təklif edir.

Məlumat üçün bildirək ki, "My Shops" MMC bu ilin sentyabr ayından etibarən ABŞ-ın "Apple Inc." korporasiyasının Azərbaycandakı rəsmi tərəfdaşı olub. Belə ki, hər bir müştəri www.myshops.az saytına daxil olmaqla Apple şirkətinin məhsullarını, həmçinin digər brend məhsulları rəsmi və zəmanətlə sifariş edə bilərlər.

"My Shops" şirkəti Dubayda (BƏƏ) fəaliyyət göstərən "My Shops General Trading LLC" şirkətinin törəməsidir. Hazırda şirkətin Bakıda 2 mağazası və 1 servis mərkəzi var.

"My shops" şirkətinin rəsmi nümayəndəsi Sultan-Əhmədi Fariz bildirib ki, satış ödənişləri nağd, kredit, köçürmə yolu ilə həyata keçirilir: "Məhsullarımızın çatdırılması tamamilə pulsuzdur. Məhsullar express poçt vasitəsilə ən qısa müddətdə göstərilən ünvana çatdırılır. Azərbaycanın istənilən bölgəsindən bütün sifarişlər qəbul edilir. Məhsullar müştərilərə tam rəsmi zəmanətlə təqdim olunur".


Xəbərə aid fotolar