Özbəkistanın Azərbaycandakı səfiri qəzaya düşdü


Digərləri 01 Okt 2018 12:32:00 205 0

Özbəkistanın Azərbaycandakı səfiri qəzaya düşdü

Özbəkistanın Azərbaycandakı səfiri avtomobil qəzasına düşüb.

Son.az report-a istinadən xəbər verir ki, səfir Şerzod Fayziyev idarə etdiyi səfirliyə məxsus "Chevrolet" markalı maşınla Səbail rayonu, Teymur Elçin küçəsində qəzaya düşüb. Səfirin şəxsən idarə etdiyi avtomobil "Harley Davidson" markalı motosikletlə toqquşub.

Qəza zamanı nəqliyyat vasitələrinə ziyan dəysə də, xəsarət alan olmayıb.