Komitə: "Ölkədə çapı nəzərdə tutulan zərərli dini ədəbiyyatların sayı kifayət qədər azalıb"


Digərləri 01 Okt 2018 12:22:00 250 0

Komitə: "Ölkədə çapı nəzərdə tutulan zərərli dini ədəbiyyatların sayı kifayət qədər azalıb"

Əvvəlki illərlə müqayisədə bu gün ölkədə çap edilməsi nəzərdə tutulan zərərli dini ədəbiyyatların sayı kifayət qədər azalıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.

Onun sözlərinə görə, hazırda ölkədə 42 rəsmi dini mağaza fəaliyyət göstərir.

Dini mağazalara icazələrin verilməsi prosedurunun davam etdirildiyini nəzərə çatdıran komitə rəsmisi qeyd edib ki, dini ədəbiyyat və ləvazimatlar satan mağazalara nəzarət edilir və bu nəzarət bundan sonra da davam etdiriləcək.