Yunanıstanı viran qoyan "Zorba" Türkiyəyə yaxınlaşır VİDEO


Dünya 01 Okt 2018 12:29:00 264 0

Yunanıstanı viran qoyan "Zorba" Türkiyəyə yaxınlaşır  VİDEO

Yunanıstanda tüğyan edən qasırğa ciddi fəsadlara yol açıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, ən böyük ziyan Peloponnes yarımadasına dəyib. Hətta Peloponnes qubernatoru Petros Tatulis ölkə hakimiyyətinə yarımadada fövqəladə vəziyyət elan edilməsi ilə müraciət etməyi qərara alıb.

Qubernator köməkçisi Anqelos Papanqelopulosun sözlərinə görə, güclü külək və yağışla müşayiət olunan qasırğa nəticəsində çaylar məcrasından çıxıb, Arqos və Nafplio şəhərlərində küçələr su altında qalıb.

Dəhşətli "Zorba" qasırğasının artıq Türkiyə sahillərinə yaxınlaşdığı qeyd edilir. İzmir, Aydan və Muğla sakinlərinə yaxınlaşan qasırğa ilə bağlı xəbərdarlıq edilib.