Zəlzələdən sonra azı 1200 məhkum həbsxanadan qaçıb


Dünya 01 Okt 2018 12:15:00 214 0

Zəlzələdən sonra azı 1200 məhkum həbsxanadan qaçıb

İndoneziyada baş vermiş zəlzələdən sonra Mərkəzi Sulavesi vilayətində yerləşən həbsxanalardan ən azı 1200 məhkum qaçıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, faktı İndoneziya Ədliyyə Nazirliyinin rəsmi nümayəndəsi təsdiq edib.

O, əmin olduğunu bildirib ki, məhbuslar yeraltı təkanlar nəticəsində zərər çəkməkdən qorxduqları üçün qaçıblar: "Aydındır ki, bu, onlar üçün ölüm-dirim məsələsi idi".